İqtisadi Mühit

sahibkarlığın, işgüzar həyatın inkişafının iqtisadi şərtlərinin məcmusudur.
İqtisadi Model
İqtisadi Münasiblik Zonası
OBASTAN VİKİ
Bioloji mühit
Bioloji mühit — biosenozun yaratdığı ətraf mühit. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Coğrafi mühit
insan cəmiyyətinin əhatə edən , cəmiyyətin həyatı və istehsal fəaliyyəti ilə bilavasitə bağlı olan bir hissəsi.
Kultural mühit
Kultural mühit (culture medium) (lat.cultus – yenidən hazırlanma, emal) bitki, heyvan və mikroorqanizm-hüceylərinin yetişdirilməsi üçün in vitro (sınaq şüşəsində, orqanizmdən kənar və ya süni şəraitlərdə) istifadə olunan maye və ya bərk halda qidalı material. Kultural mühit tərkibində qidalı maddələrdən başqa kultura stimullaşdırıcı, məhvedici, toksik, mutagen və ya kanserogen təsir göstərən agentlər saxlaya bilər. Hər bir kultivasiya olunan (yetişdirilən) obyekt üçün xüsusi kultural muhit seçilir. == Mühitin pH-ı == Kultivasiya olunan hüceyrələr mühitin pH-ına çox həssasdırlar. Əksəriyyət hüceyrələr üçün pH-ın optimal qiyməti 7,2–7,4 civarında olur. Natrium hidrokarbonat kultural mühitin "təbii" bufer sistemini tənzimləyir (CO32-/HCO3-); atmosferdə CO2-in 5–10% tərkibdə olmasını tələb edir ki, bu da hüceyrələrin CO2 — inkubatorda kultivasiya zamanı asan yerinə yetirilir. HEPES bufer tutumu 7,2–7,4 pH olan fosfat duzudur. Nəzarət edilməli qaz mühiti tələb etmir, lakin böyük qatılıqlarda bəzi növ hüceyrələr üçün toksik ola bilər. Fenol- qırmızı pH indikatoru kimi istifadə olunur: 7,4 pH-da qırmızı və pH-ın azalması ilə narıncı və ya sarı rəngə qədər dəyişir. Estrogenə həssas hüceyrələrin kultivasiyası üçün fenol-qırmızı olmayan mühitdən istifadə etmək tövsiyə olunur.
Ətraf mühit
Ətraf mühit — insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir. Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılmışdır. Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyektləridir. Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü, ətraf mühitin nəzarətsiz istismarının get-gedə artması dövrü kimi qiymətləndirmək olar. == Ətraf mühitin növləri == ==== İntral (daxili) mühit ==== Digər orqanizmlərin daxilində yaşayan endo parazitlərin mühiti ==== Ekzal mühit ==== Digər orqanizmlərin bədəninin xaricində yerləşən örtüklə (tük, lələk, yun və s.) təmasda olduqda yaranan mühit; ==== Biosenotik mühit ==== Biosenozun bütün biotalarında yaranan mühit; xarici mühit-biosenozlann xaricində yerləşən mühit.
Bütöv mühit mexanikası
Bütöv mühit mexanikası mexanikanın bir bölməsi olub materialların mexaniki xassəsini və kinematik analizini öyrənir. Materiallar diskret paylanmış hissəciklər şəklində yox, bütöv (arasıkəsilməz paylanmış) kütlə şəklində modelləşdirilir. Belə bir model ilk dəfə XIX əsrdə Fransız riyaziyyatçısı Auqusto Koşi (fr. Augustin Louis Cauchy) tərəfindən ifadə edilmişdir, amma tədqiqatlar bu gün də davam etdirilir. == Qısa şərh == Bir obyektin bütöv cisim şəklində modelləşdirilməsi dedikdə obyekti təşkil edən cismin obyektin tutduğu fəzanı tamamilə doldurması fərziyyəsi nəzərdə tutulur. Obyektin belə modelləşdirilməsi maddənin atomlardan təşkil olunmasını və beləliklə bütöv olmamasını nəzərə almır. Buna baxmayaraq atomlar arası məsafələrdən qat-qat böyük ölçü miqyaslarında belə modellər olduqca dəqiqdir. Belə obyektlərin xassəsini təsvir edən differensial tənliklərin çıxarılması üçün kütlənin saxlanması, momentin müvazinəti və enerjinin müvazinəti kimi özül fizika qanunlarını belə modellərə tətbiq etmək olar. Bütöv mühit mexanikası bərk, maye və qazların fiziki xassələrini onların müşahidə edildiyi istənilən xüsusi koordinat sistemindən asılı olmadan öyrənir. Beləliklə, bu fiziki xassələr tenzorlarla ifadə edilir ki, tenzorlar tələb olunan xassəyə malik riyazi predmet olub koordinat sistemindən asılı deyildir.
Qazaxıstanda ətraf mühit
Qazaxıstanda ətraf mühit - ölkə ciddi ekoloji ploblemlərlə mücadilə etmək məcburiyyətindədir. Bu problemlərə SSRİ dönəmində onun ərazisinin aton sınağı mərkəzindən biri olması, sahəsinə görə dünyanın ən böyük göllərindən biri olan Aral dənizinin quruması (Qazaxıstanla Özbəkistan sərhədi arasında) və keçmiş əkin sahələrinin səhralaşmaya məruz qalmasıdır. Bu qlobal ekoloji problemləri çoxu hələ sovetlər dönəmində meydana gəlmişdir. Bu məsələlərin araşdırılması ilə Mərkəzi Asiya regional ekoloji mərkəzi məşqul olur. Onlar həm də ekoloji problemlərin həllində koordinasiya mərkəsi rolunu oynayır. == Problemlər == === Radiaktiv çirklənmə === Qazaxıstan çöl zonasında yerləşdiyindən SSRİ dönəmində burada çoxlu sayda yeraltı nüvə sınaqları keçirilmişdir. Bu da öz növbəsində bəzi ərazilərin radiasiya səbəbindən istifadəsiz bir bölgəyə çevrilməsinə səbəb olmuşdur. Semipalatin ətrafı yaşayış məntəqələrində və Çinlə sərhədə yaxın ərazilərdə insanlar arasında ankoloji xəstəliklər artmışdır. === Aral dənizi === Ölkənin digər bir problemi isə Aral dənizinin qurumasıdır. Amudərya və Sırdərya çayları suyu kütləvi şəkildə kənd təsərrüfatına cəlb edildiyindən Aral gölü quruyur.
Ətraf mühit auditi
Ətraf mühit auditi — sahibkarlıq subyekti tərəfindən və digər fəaliyyətlərin ətraf mühitin mühafizəsi sahəsində tənzimləyici tələblərə uyğunluğunun müstəqil qiymətləndirilməsi və ətraf mühitin mühafizəsi sahəsində tövsiyələrin hazırlanması. == Tarixi == Ümumdünya ətraf mühit auditinin 1970-80-ci illərin başlanğıcında olduğu qəbul edilir. Xüsusilə, Avropa İqtisadi Birliyi də ətraf mühitin yoxlanılmasına dair direktiv 1982-ci ildə qəbul edildi, 1984-cü ildə ABŞ Milli Ətraf Mühitin Mühafizəsi Agentliyi federal qurumlar tərəfindən ətraf mühitin yoxlanılması konsepsiyasını hazırladı. Rusiya İmperiyasında ilk ətraf mühit yoxlaması 1892-ci ildə qeydə alındı. "Kimyəvi Bitkilərin Açılışı və Baxımı Qaydası haqqında" Məcburi Qaydalar əslində ətraf mühitin yoxlanılması üçün ilkin sənəd idi. == Ətraf mühit auditin məqsəd və vəzifələri == Ətraf mühitin qorunması sahəsində siyasət və strategiyanın əsaslandırılması, İqtisadi və digər layihələrin ekoloji aspektlərinin təhlili və qiymətləndirilməsi, Ətraf mühitin mühafizəsi sahəsində qaydaların təhlili və qiymətləndirilməsi, Ətraf mühit fəaliyyətinin əsaslandırılması və başlanması, Sənaye və ərazilərin ekoloji problemlərinin müəyyənləşdirilməsi. == Ətraf mühit auditin növləri == Məcburi və proaktiv ekoloji yoxlamalara bölünür. Bu çərçivədə aşağıdakı növlər meydana gələ bilər: Bir təsərrüfat subyektinin ətraf mühitin tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi, Ətraf mühitin idarəetmə sisteminin səmərəliliyinin qiymətləndirilməsi, İstifadə olunmuş xammalın, avadanlıqların, texnologiyaların ətraf mühit təhlükəsizliyinin qiymətləndirilməsi, Çirklənmədən iqtisadi zərərin qiymətləndirilməsi, Tullantıların təhlükə qiymətləndirilməsi, Müəyyən bir ərazidə təbiətin idarə edilməsinin rasionallığının müəyyənləşdirilməsi, Enerji istehlakının qiymətləndirilməsi və azaldılması yollarının təklifi, İstixana qazı tullantılarının həcminin müəyyənləşdirilməsi və onların azaldılması üçün tədbirlərin hazırlanması, Süni texnoloji qəzalar və təbii fəlakətlər nəticəsində ekoloji riskin qiymətləndirilməsi, Ətraf mühit problemlərin müəyyənləşdirilməsi və onların həlli üçün tədbirlərin hazırlanması, Ətraf mühit təhlükəsizlik mövzusunda qəbul edilmiş normativ hüquqi aktların əsaslandırılması.
Ətraf mühit fəalı
Ətraf mühit fəalı — ətraf mühiti qorumaq üçün çalışan şəxs. Ətraf mühit fəalı ekoloji hərəkatın, “insanların ekoloji cəhətdən zərərli fəaliyyətini dəyişdirərək ətraf mühitin keyfiyyətini yaxşılaşdırmağa və mühafizə etməyə çalışan siyasi və etik hərəkat” məqsədlərinin tərəfdarı hesab etmək olar. Ekoloq ətraf mühitin mühafizəsi fəlsəfəsinə sadiqdir və ya ona inanır. Ekoloqlar bəzən qeyri-rəsmi və ya alçaldıcı terminlərlə, məsələn, “yaşıllar” və “ağac həvəskarları” olaraq adlandırılırlar. Ətraf mühit hərəkatı Amerikanı bu gün 1960-cı və 1970-ci illərin əvvəllərində olduğundan daha yaşıl bir yerə çevirmişdir. == Görkəmli ekoloqlar == Aşağıda ətraf mühitin mühafizəsi və mühafizəsi üçün fəal lobbiçilik edən görkəmli ekoloqların qismən siyahısı verilmişdir: Qreta Tunberq Ceymi Marqolin Sofiya Kianni Kyara Sakki Teodor Ruzvelt == Genişlənmə == Son illərdə təkcə Ətraf mühit fəalı deyil, həm də Ətraf mühit fəalı insanlar meydana çıxıb. Məsələn, “info-ekoloqlar” internet, kabel televiziyası və smartfonların çatışmazlıqlarından qurtularaq “zehni yaşıl məkana” çağıran fəallardır.
Ətraf mühit məlumatlılığı
Ətraf mühit məlumatlılığı — sosial elm adamları tərəfindən sosial media vasitəsilə periferik sosial şüurun bir formasını təsvir etmək üçün istifadə olunan termin. Bu şüur internetdə sosial şəbəkə platformaları vasitəsilə öz dostları və həmkarları ilə nisbətən daimi təmasdan irəli gəlir. Termin mahiyyətcə insanın sosial dairəsi ilə davamlı əlaqə yaratmağa imkan verən bu media vasitələrinin daimi istifadəçisi olmaqla, hər yerdə mövcud olan bilik növünü müəyyən edir. "The New York Times"dan Kliv Tompsona görə, ətraf mühiti dərk etmək "daha çox kiminsə yanında olmaq və xırda şeylər vasitəsilə bədən dili, ah çəkmələr, boş şərhlər kimi əhval-ruhiyyəni öyrənməyə oxşayır". Akademik Andreas Kaplan ətraf mühit məlumatlılığını "müntəzəm və daimi qəbul və/yaxud sosial media vasitəsilə informasiya fraqmentlərinin mübadiləsi yolu ilə yaradılan məlumatlılıq" kimi müəyyən etmişdir. Bir-birinin rəqəmsal məlumatlarını mütəmadi olaraq izləyən iki dost söhbət etmək üçün fiziki olaraq əlaqədə olmadan artıq bir-birlərinin həyatından xəbərdar ola bilərlər. == Sosial == Sosial medianın əhəmiyyətli bir xüsusiyyəti onun da istehlak edənlər tərəfindən yaradılmasıdır. Əsasən, bu fenomendə iştirak edənlər yeniyetmələr, kollec yaşında olan və ya gənc yetkin mütəxəssislərdir. Mədəni antropoloq və İrvayn Kaliforniya Universitetinin rezidensiyasında professor olan Mimi İtoya görə, mobil cihaz sosial media yaratmaq və yaymaq üçün istifadə edilən ən böyük proksi cihazdır. O, mobil cihazlardan istifadə edərək "yeniyetmələrin öz medialarını ələ keçirib istehsal etdiklərini və bir-birləri ilə daimi mühit əlaqəsində olduqlarını" qeyd etmişdir.
Ətraf mühit sənəti
Ətraf mühit — insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir. Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılmışdır. Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyektləridir. Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü, ətraf mühitin nəzarətsiz istismarının get-gedə artması dövrü kimi qiymətləndirmək olar. == Ətraf mühitin növləri == ==== İntral (daxili) mühit ==== Digər orqanizmlərin daxilində yaşayan endo parazitlərin mühiti ==== Ekzal mühit ==== Digər orqanizmlərin bədəninin xaricində yerləşən örtüklə (tük, lələk, yun və s.) təmasda olduqda yaranan mühit; ==== Biosenotik mühit ==== Biosenozun bütün biotalarında yaranan mühit; xarici mühit-biosenozlann xaricində yerləşən mühit.
Ətraf mühit intellekti
Ətraf mühit intellekti (ing. Ambient Intelligence, AmI) — texnologiyanın istifadəçilərin ətraf mühitinə tam inteqrasiya olunaraq onların ehtiyaclarına uyğun, şəffaf və ağıllı xidmətlər təqdim etməsi konseptidir. Ətraf mühit intellekti, universal hesablama və kontekstual məlumatlılıq kimi anlayışların davamı olaraq inkişaf etdirilmişdir və əsas məqsədi istifadəçi təcrübəsini minimum müdaxilə ilə artırmaqdır. Bu konseptə əsasən, texnologiya istifadəçinin fərqində olmadan onun ətrafında aktivdir və istifadəçinin ehtiyaclarını öncədən təxmin edərək həmin ehtiyaclara uyğun cavab verir. == Əsas prinsipləri == Görünməzlik və təbiilik — ətraf mühit intellekti istifadəçini aktiv şəkildə texnologiyaya yönəltmək əvəzinə, texnologiyanı təbii bir şəkildə mühitə yerləşdirir. Bu, istifadəçinin texnologiyanın mövcudluğunu az fərq etməsinə imkan verir. Adaptasiya və şəxsi yanaşma — ətraf mühit intellektinə sahib olan sistemlər, istifadəçinin davranış və vərdişlərinə uyğun olaraq təkmilləşdirilmiş təcrübə təmin edir. Onlar zamanla istifadəçi haqqında məlumat toplayaraq daha fərdiləşdirilmiş xidmətlər təqdim edir. Proaktiv davranış — ətraf mühit intellekti sistemləri istifadəçinin ehtiyaclarını əvvəlcədən təxmin edir və istifadəçinin hər hansı bir əməliyyatını gözləmədən müəyyən cavablar verir. Məsələn, bir ağıllı ev sistemi otağa daxil olan istifadəçiyə uyğun olaraq işıq və temperaturu tənzimləyə bilər.
Korner (iqtisadi)
Müdaxilə (iqtisadi)
Risk (iqtisadi)
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur.
İqtisadi agent
İqtisadi agent — müəyyən müddət ərzində başqasının tapşırığı ilə və onun hesabına istehsal, satış, tədarük, topdan satış ticarəri üzrə fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərdir; onların əqd sənədlərinə imza etmək hüququ olmur; öz xidmətlərinə görə sifarişçidən — müqavilə əsasında — müəyyən məbləğdə haqq alır. Məsələn, alıcılar (istehlakçılar) və satıcılar (istehsalçılar) vahid bazarın qismən tarazlıq modellərində iki ümumi agent növüdür. Makroiqtisadi modellər, xüsusən də açıq şəkildə mikro təməllərə əsaslanan dinamik stoxastik ümumi tarazlıq modelləri, ev təsərrüfatlarının, firmaların və hökumətlərin və ya mərkəzi bankların iqtisadiyyatdakı əsas agent növləri olduğunu göstərir. Bu agentlərin hər biri iqtisadiyyatda bir neçə rol oynaya bilər; evlər, məsələn, modeldə istehlakçı, işçi və seçici rolunu oynaya bilər. Bəzi makroiqtisadi modellər işçilər və alıcılar və ya kommersiya bankları kimi daha çox agent növünü ayırd edir. Agent termini əsas agent agentləri üçün də istifadə olunur; bu halda konkret olaraq direktor adından fəaliyyət göstərməkdə ittiham olunan birinə aiddir. Agent əsaslı bir hesablama iqtisadiyyatında, aidiyyəti agentlər, real insanlar deyil, məkan və zamandakı “qaydalara görə qarşılıqlı fəaliyyət kimi modelləşdirilmiş hesablama obyektləridir”. Qaydalar müəyyən edilmiş stimul və məlumatlara əsaslanan davranış və sosial qarşılıqlı əlaqəni modelləşdirmək üçün hazırlanmışdır. Agent anlayışı, dinamik çox agentlikli iqtisadi sistem kontekstində digər bu cür subyektlərlə qarşılıqlı fəaliyyət göstərən hər hansı bir daimi fərdi, sosial, bioloji və ya fiziki şəxs kimi şərh edilə bilər. == Agentlərin əsas funksiyası == Alıcı və satıcılara uzun müddət müvəkkillik etməkdən ibarətdir.
İqtisadi artım
İqtisadi artım (ing. economic growth) — bir ölkənin ölçüləbilən iqtisadi faktorlarının müəyyən müqayisə edilən dövr içində kəmiyyət baxımından dəyişməsidir. Ölkənin ümumdaxili məhsul həcminin artması həm iqtisadi böyümə və həm də iqtisadi inkişaf kimi ələ alınır. Burada iqtisadi artımla birgə əhalinin də artımı nəzərə alınır. Artım ölçülə bilən xüsusiyyətdə olduğu üçün mənfi (azalma, daralma) və ya müsbət (artım) kimi nəticəsi ola bilər. Məsələn, iqtisadiyyatda müxtəlif ölçüləbilən xarakterlər: ÜDM, işlə təminat, ixracda, idxalda artım, əhali artımı və s. Bu ölçülər müəyyən dövrə aid hesablanır və müəyyən bir dövrlə də müqayisə edilir. Buna görə də burda həm riyazi olaraq artım, həm də azalma baş verə bilər. Ancaq həm ÜDM-nin həm də əhali sayının artması eyni zamanda baş verməyə bilər. Və ya əhali artımı daha çox ÜDM isə nisbətən az arta bilər.
İqtisadi artıq
İqtisadi artıq — əsas iqtisadi nəzəriyyədə ümumi rifah və ya Marşall artığı (Alfred Marşalldan sonra) olaraq da bilinən iqtisadi artıq, iki əlaqəli kəmiyyətə işarə edir: İstehlakçı artımı və ya istehlakçılın artıqlığı, istehlakçılar tərəfindən alınan bir pul faydasıdır, çünki bir məhsulu ödəmək istədikləri ən yüksək qiymətdən aşağı bir qiymətə ala bilərlər. İstehsalçının artığı və ya istehsalçıların artığı, istehsalçıların satmaq istədikləri ən aşağı qiymətdən yüksək olan bazar qiymətinə sataraq əldə etdikləri məbləğdir; bu, təqribən mənfəətə bərabərdir (istehsalçılar ümumiyyətlə zərərlə satmaq istəmədiklərindən və hətta zərərsiz qiymətə satmağa biganədirlər). == Tərifi == XIX əsrin ortalarında mühəndis Jül Düpüi ilk dəfə iqtisadi artıqlıq konsepsiyasını irəli sürdü, lakin bu konsepsiyanı iqtisadiyyat sahəsində məşhur edən iqtisadçı Alfred Marshall idi. Standart tələb və təklif diaqramında istehlakçı profisiti məhsulun tarazlıq qiymətinin üstündə və tələb əyrisinin altındakı sahədir (tələb və təklif əyriləri xətti olarsa üçbucaqlı). Bu, istehlakçıların bir mal vahidini tarazlıq qiymətindən yüksək bir qiymətə, ikinci vahidi ondan aşağı, lakin müvazinət qiymətinin üstündəki bir qiymətə və s. Almaq istəyən olmasını əks etdirir, amma əslində tarazlıq qiymətini ödəyirlər. Hər vahid alınmışdır. Eynilə, bir tələb-tələb diaqramında istehsalçının artığı tarazlıq qiymətinin altındakı, lakin təklif əyrisinin üstündəki bir sahədir. Bu, istehsalçıların ilk birimi tarazlıq qiymətindən aşağı bir qiymətə, ikinci birimi ondan yüksək, lakin tarazlıq qiymətindən daha aşağı bir qiymətə təmin etmək istəmələrini, ancaq əslində tarazlıq qiymətini alacaqlarını əks etdirir, satdıqları bütün vahidlər üçün. == İstehlakçı artıqlığı == İstehlakçı artığı — istehlakçının ödəməyə hazır olduğu maksimum qiymətlə faktiki olaraq ödədiyi faktiki qiymət arasındakı fərqdir.
İqtisadi coğrafiya
M. V. Lomonosov iqtisadi coğrafiya terminini ilk dəfə olaraq elmə gətirmişdir. == Yaranması == XVIII əsrdə Rusiyada coğrafiyanın inkişafında alimlərin xüsusi əməyi olmuşdur. Əldə edilmış məlumatların təhlili, xəritələrin ümumiləşdirilməsi, ərazilərin mənimsənilməsi vacib vəzifə idi. Rus alimi M. V. Lomonosov (1711–1765) "Coğrafiya" sahəsində xüsusi əhəmiyyəti olan işlər görmüşdür. 1739-cu ildə Rusiya Elmlər Akademiyasında yaradılmış "Coğrafiya" departamenti 1745-ci ildə "Rusiya Atlası"nı hazırladı. Lomonosov quberniyalar haqqında məlumat toplamaq və Atlası yenidən nəşr etmək üçün 1758-ci ildə onlara xüsusi sorğu sualları göndərdi. Burada iqtisadi məlumatların da olması, onların təhlillərinin aparılması "iqtisadi coğrafiya" sözünün yaranmasına səbbəb oldu. Bu termini ilk dəfə Lomonosov işlətmışdir. O, həmçının Şimal dəniz yolunun, Şimal Buzlu okeanının, onun iqlimi və buz örtüyü, su axınlarının, atmosferin öyrənilməsi üçün böyük əmək sərf etmışdir. İqtisadi coğrafiynın yaranması Lomonosovun adı iə bağlıdır.
İqtisadi göstəricilər
İqtisadi göstəricilər (indiqatorlar) (Economic indicators) - Ölkədə iqtisadi vəziyyəti əks etdirən və maliyyə və iqtisadi meyilləri təhlil etmək, qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan statistik göstəricilər. Məsələn: ÜDM-in artım sürəti, İstehlak qiymətləri indeksi, Tədiyyə balansının saldosu, İşsizlik səviyyəsi və s. Ümumi daxili məhsul (Gross Domestic Product) — bir il ərzində iqtisadiyyatda (ölkə daxilində) istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir. İstehlak qiymətləri indeksi — ümumi qiymət səviyyəsini müəyyən edən əsas ölçüdür. Bu ölçüdən istifadə etməklə inflyasiya dərəcəsini tapmaq mümkündür. İstehlak qiymətləri indeksi alıcıların istehlak səbətinə daxil olan məhsul və xidmətlərin (ərzaq, tibbi xidmətlər, nəqliyyat, sığorta xərcləri, kommunal xərclər və s.) ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir. Tədiyə balansı saldosu — Tədiyyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.Tədiyyə balansının saldosu isə tədiyyə balansındakı mədaxil və məxaric fərqinə bərabər olur.
İqtisadi hərəkətlilik
İqtisadi icarə
İqtisadi icarə — sahibinə və ya istehsal amilinə bu faktoru istehsala gətirmək üçün lazım olan xərcləri aşan hər hansı bir ödənişdir. Klassik iqtisadiyyatda iqtisadi kira, yer (torpaq) kimi istehsal olunmamış girişlər və təbii fürsətlər (məsələn, patentlər) üzərində rəsmi imtiyaz yaratmaqla formalaşan varlıqlar üçün alınan hər hansı bir ödənişdir (ehtimal olunan dəyər daxil olmaqla) və ya fayda. Neoklasik iqtisadiyyatın əxlaq iqtisadiyyatında iqtisadi kira, əmək gildiyaları və qeyri-rəsmi korrupsiya kimi əmək və ya digər "uydurulmuş" şəxslərin (bazarın təbiidir və dövlət və sosial güzəştlər tərəfindən meydana gəlmədiyi fərz olunur) dövlət faydalananlarının qazandığı gəlirləri əhatə edir. İqtisadiyyat ənənəsinin əxlaq iqtisadiyyatında geniş şəkildə iqtisadi renta istehsalçının artığına və ya normal mənfəətə qarşı çıxır və bunların hər ikisi də məhsuldar insan fəaliyyətini əhatə edəcək şəkildə nəzəriyyə olunur. İqtisadi renta, fürsət qiymətinin vacib bir komponent olduğu iqtisadi mənfəətdən fərqli olaraq fürsət maliyyətindən də müstəqildir. İqtisadi renta qazanılmamış gəlir kimi qəbul edilir , iqtisadi mənfəət isə riskə görə tənzimlənən alternativlər arasından seçim edərək qazanılan gəlirləri izah edən daha dar bir müddətdir. İqtisadi mənfəətdən fərqli olaraq iqtisadi renta rəqabət yolu ilə nəzəri cəhətdən aradan qaldırıla bilməz, çünki gəlir alanın icarəyə götürülən obyektin yaxşılaşdırılması kimi edə biləcəyi hər hansı bir hərəkət daha sonra ümumi gəliri müqavilə icarəsinə çevirəcəkdir. Hələ də ümumi gəlir iqtisadi qazancdan (qazanılan) və iqtisadi icarədən (qazanılmamış) ibarətdir. İstehsal olunmuş məhsul üçün iqtisadi icarə patentin qanuni mülkiyyətinə (bir prosesin və ya tərkib hissəsinin istifadəsi üçün siyasi olaraq tətbiq olunan hüquqa) görə ola bilər. Təhsil və peşə lisenziyalaşdırması üçün bilik, performans və etik standartlar, eləcə də icazə və lisenziyaların dəyəri, yalnız qiymətə rəqabət etmək istəyənlərin səriştəsindən və istəklərindən asılı olmayaraq, onların sayına görə kollektiv olaraq nəzarət olunur.
İqtisadi imperializm
Müasir iqtisadiyyatda iqtisadi imperializm həyatın iqtisadiyyatdan kənar aspektlərinin, o cümlədən cinayət, qanun, ailə, qərəz, zövq, irrasional davranış, siyasət, sosiologiya, mədəniyyət, din, müharibə, elm və tədqiqatın iqtisadi analizidir. Bu terminin istifadəsi təqribən 1930-cu illərə təsadüf edir. Belə bir analizin ortaya çıxması, fiziki elmlərdə olduğu kimi standart statistik üsullar vasitəsilə təkzib olunan məna və nəticələrin sınanmasına imkan verən metoda istinad edir. Bu yanaşmada "davranışları maksimum vəziyyətə gətirməyin, sabit üstünlüklərin və qətiyyətlə tətbiq olunan bazar tarazlığının birgə fərziyyələri" mərkəzi mövqe tutur. Bütün bunların və diqqətin əsasən iqtisadi səmərəliliyə yönəlməsinin digər sosial elmlərdə nəzərə alınmaması və "iqtisadiyyata əvvəlcədən intizam aləmindən kənarda hesab edilən intellektual sahəni zəbt etməyə icazə verməsi" iddiaları irəli sürülmüşdür.
İqtisadi inkişaf
İqtisadi inkişaf — iqtisadiyyat və istehsal qüvvələri, təhsil, elm və mədəniyyətin, insanların həyat səviyyəsinin müntəzəm olaraq keyfiyyət və struktur baxımından müsbət istiqamətdə dəyişməsi ilə xarakterizə olunan iqtisadi prosesdir. İqtisadi inkişaf həm də ictimai əlaqələrin inkişafını nəzərdə tutur və buna görə də tarixən formalaşmış texnoloji və maddi nemətlərin bölgüsünün müxtəlif sistemlərində bir-birindən fərqlənir. Ölkənin iqtisadi inkişafının əsas göstəriciləri - əhalinin həyat səviyyəsi, iqtisadiyyatın rəqabət qabiliyyəti, ölkənin ümumi daxili məhsulu, ümumi milli məhsulu, adambaşına insan kapitalı və iqtisadi azadlıq indeksidir. İqtisadiyyatın inkişafının əsas hərəkətverici qüvvəsi insan kapitalı və onun yaratdığı yeniliklərdir. İnsan kapitalı deyərkən, insanların təhsil, səhiyyə, elm, əmək şəraiti və həyat səviyyəsinin yüksəldilməsinə çəkilən xərclər nəzərdə tutulur. == Xarici keçidlər == Макконнелл К.Р., БРЮС. Л. 14 издание. ЭКОНОМИКС. Москва: Инфа-М, 2005 Шумпетер Й.А. (1883—1954).
İqtisadi inteqrasiya
İqtisadi inteqrasiya — ölkələr arası iqtisadi əməkdaşlığın ən uyğun səviyyəyə çıxarılmasıdır. İqtisadi inteqrasiya proses kimi müxtəlif milli təsərrüfatlara mənsub olan iqtisadi vahidlər arasında bütün əngəllərin ləğv edilməsi, vəziyyət kimi həmin maneələrin yoxluğunu ifadə edir. Başqa sözlə, iqtisadi inteqrasiya qismən və ya tam olaraq tarif və qeyri-tarif məhdudiyyətlərin aradan qaldırımasına yönəlik müxtəlif dövlətlər arasında iqtisadi siyasətin birləşdirilməsidir. Bu üzv ölkələrdə istehsalın məhsuldarlığını artırmaq məqsədilə həm istehsalçılara, həm də alıcılara aşağı qiymətlər təqdim edir. == İqtisadi İnteqrasiyaya gedilməsinin səbəbləri == İqtisadi inteqrasiyanı izləməkdə bəzi iqtisadi və siyasi səbəblər var. === İqtisadi Səbəblər === İqtisadi səbəb üzv ölkələr arasında ticarəti artırmaqla, həm istehsalı, həm də məhsuldarlığı yüksəltməkdir. Bu qlobal səviyyədə formalaşan iqtisadi inteqrasiyanın əsas səbəblərindən biridir. Bu fenomen həm region (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT)), həm qitə (ASEAN, NAFTA, SACN (Cənubi Amerika Millətlər Birliyi), Avropa İttifaqı, Avrasiya İqtisadi İttifaqı), həm də qitələrarası miqyasda (Transatlantik Azad Ticarət Zonası (Transatlantic Free Trade Area), Şərqi Asiya Hərtərəfli İqtisadi Əməkdaşlıq birliyi (Comprehensive Economic Partnership for East Asia)) təzahür edir. İkinci bir səbəb kimi ölkələrin sahib olduğu nisbi üstünlükləri göstərmək olar. Belə ki, hər hansı şəxs və ya ölkə müəyyən məhsul istehsalında digərinə nisbətənmarjinal faydası daha çoxdur.
İqtisadi ittifaq
İqtisadi İttifaq (İİ) — ticarət blokunun elə bir növüdür ki, burada ümumi bazar və gömrük ittifaqı eyni anda tətbiq edilir. İttifaq çərçivəsində üzv ölkələr istehsalın ümumi tənzimlənməsini həyata keçirir, mal və xidmətlərin, istehsal amillərinin sərbəst hərəkəti təmin edilir, eləcə də ümumi xarici ticarət siyasəti yeridilir.